ABŞ Şimali Qafqazda İŞİD-lə əlaqəli olan silahlılara qarşı sanksiyalar tətbiq edib

ABŞ Şimali Qafqazda İŞİD-lə əlaqəli olan silahlılara qarşı sanksiyalar tətbiq edib
02:12 30 Sentyabr 2015
27 Dünya
Ölkə mətbuatı
A- A+

[ 30 Sentyabr 2015 01:57 ]

Bakı-APA. ABŞ İŞİD terror qruplaşmasının Şimali Qafqazdakı qanadına və onun bir neçə liderlərinə qarşı sanksiyalar tətbiq edib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin saytında dərc olunmuş məlumatda bildirilir.  

 

Məlumatda qeyd edilir ki, silahlılar, həmçinin Rusiya vətəndaşlarına hücumlar törətməkdə şübhəli bilinir.

 

Siyahıya “Qafqaz Əmirliyi”nin sabiq lideri, 2014-cü ildə isə İŞİD-in Şimali Qafqazdakı əmiri təyin olunmuş Rüstəm Aselderov, 2003-cü ildən Şimali Qafqazdakı silahlılarla əlaqəli olan Tərxan Qaziyev və Suriyanın Rakka şəhərində rusdilli silahlıların lideri sayılan Şamil İzmaylov daxil edilib.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398763

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR