[ 30 Sentyabr 2015 10:53 ]


Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda sosial sığorta haqlarının daha yüksək məbləğdə ödənişinin stimullaşdırlmasına istiqamətlənən müxtəlif islahat tədbirlərinin reallaşdırılması nəzərdə tutulur.

"APA-Economics"in xəbərinə görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib.

Fondun sədri deyib ki, bu qaydaların tətbiqi ilə sosial sığorta haqqı ödəyiciləri daha yüksək pensiya alacaq və əmək haqlarının tam qeydiyyatında maraqlı olacaqlar: "Bu istiqamətdə daha bir islahat tədbiri minimum sosial sığorta stajı tələbi ilə bağlıdır. Mövcud qanunvericilikdə əmək pensiyasına hüququn yaranması üçün minimum sığorta stajı müəyyən edilmişdir ki, bu da vətəndaşların hansı məbləğdə sosial sığorta haqları ödəməsindən asılı olmayaraq ümumi tələbdir. Pensiya islahatları çərçivəsində yüksək sosial sığorta haqqı ödəyərək minimum məbləğdən yuxarı pensiya üçün kapital toplamış şəxslərə ümumiyyətlə staj tələbinin aradan qaldırılması nəzərdə tutulur"