Bu ilin avqust ayında Füzuli rayon sakini Tofiq Hüseynov Tovuz rayon sakini Elqam İbrahimovun etimadını qazanaraq, ondan 2400 dollar alıb.

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Tofiq Hüseynov özünü “Akkord” Şirkətlər Qrupunun əməkdaşlı kimi təqdim edərək, Elqam İbrahimovu şirkətə işə düzəldəcəyi adı ilə aldadıb. Faktla əlaqədar Mingəçevir ŞPŞ-yə müraciət olunub və cinayət işi başlanıb.