Elnur Hüseynovdan növbəti çıxış (VİDEO)

Elnur Hüseynovdan növbəti çıxış (VİDEO)
08:21 28 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Türkiyənin "TV8" telekanalında yayımlanan "O səs Türkiyə" yarışmasının yeni anonsu yayılıb.

ANS PRESS-in məlumatına görə, həmyerlimiz Elnur Hüseynovun da mübarizə apardığı musiqi yarışması gələn həftənin ilk üç günü, Bakı vaxtı ilə saat 22:00-da yayımlanacaq.

Münsiflər heyətində Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkanın oturduğu yarışmanın qaydalarına əsasən, Ebru Gündeşin komandasında yarışan Elnur Hüseynov səhnədə Ümit Ortaç adlı iştirakçı ilə duelə çıxacaq.

Qeyd edək ki, Elnur Hüseynov “Eurovision 2008”də Samir Cavadzadə ilə Azərbaycanı təmsil etmiş ifaçıdır

ANS PRESS həmyerlimizin də olduğu anonsu təqdim edir:

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR