Azərbaycanın yüksəksəviyyəli üç hərfli milli “.aze” domeninin qeydiyyatı qeyri-rentabelli layihə kimi dəyərləndirilir.

Azərbaycanın milli “.az” domeninin administratoru “Intrans” şirkətinin və Elektron Təhlükəsizlik Mərkəzinin rəhbəri Faiq Fərmanovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, yüksəksəviyyəli 3 hərfli milli “.aze” domeninin - ölkəyə verilməsi böyük xərc tələb edir.

“Əlbəttə ki, yüksəksəviyyəli üçhərfli “.aze” domeninin ICANN tərəfindən Azərbaycanda hansısa quruma verilməsi mümkündür, lakin ən azı 1 milyon dollar xərc tələb edən bir layihənin nə dərəcədə rentabelli olacağı böyük sual altındadır”, - deyə o qeyd edib.

Aynur Vəliyeva