Bəstəkar Nailə Mirməmmədli "Yeri gəlmişkən" verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, bəstəkar bayağı mahnılardan, zövqsüz ifaçılardan bəhs edib:
"Elə ifaçılar var ki, zövqlərinə uyğun mahnı oxumurlar. Düşünürlər ki, bayağı bəstələr səsləndirsələr, dinləyiciləri çox olacaq. Sosial şəbəkələrdə, "Youtube"dakı baxış sayına görə mahnının səviyyəsini ölçmək olmaz. Mən bu cür baxış saylarına inanmıram.
Çünki kimsə mahnının adın çəkir, başqası da gəlib açır ki, qulaq asım, görüm bu necədir. Belə-belə baxış sayı artır. Bu cür ifaçılar toy müğənniləridir. Zövqsüzləri yalnız toy üçün saxlayıb, efirə istedadlıları çağırmaq lazımdır. Toyla efiri qarışdırmayın. Hamı elə bilir ki, şou-biznes ən tez varlanmaq üçün əla peşədir. Amma burada yalnız istedadı olanlar qalır".
Milli.Az