"Qəbələ" ilə Avropa Liqasının qrup mərhələsinin II turunda keçirilmiş oyun haqda danışan hücumçu bunları deyib: "Meydana çıxarkən məqsədim qol vurmaq idi. İstəyimə çatdığım üçün şadam. Hesab edirəm ki, Avroliqada zəif rəqib yoxdur. Oyunun əvvəli bizim tərəfimizdə idi. “Qəbələ”yə asanlıqla qalib gələcəyimizi düşündüm. Lakin sonluq gərgin alındı”.
Qeyd edək ki, "Krasnodar" - "Qəbələ" qarşılaşması 2:1 hesabı ilə başa çatıb.