Bakı, 4 oktyabr, AZƏRTAC
Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində oktyabrın 4-də son oyununu keçirib.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, Gürcüstan komandası ilə qarşılaşan yığmamız böyük hesabla qələbə qazanıb – 5:0. Merve Özdemirin hettrik etdiyi qarşılaşmada hərəyə bir dəfə Dilgə Uyğun və Gültac Məmmədəliyeva fərqləniblər.
Komandamız 3 xalla qrupda 3-cü yeri tutub. Birinci yerdə Belçika (9 xal), ikinci pillədə isə Çexiya (6 xal) qərarlaşıb. Gürcüstan komandası oyunları 0 xalla qrupun dördüncü pilləsində başa vurub.