"AZAL gələcəkdə Azərbaycan vətəndaşlarının həcc ziyarətinə aparılması və onların qayıdışı üzrə vəzifələri yerinə yetirməyə hazırdır".
Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətindən həccdən qayıdan zəvvarların Səudiyyə Ərəbistanında təyyarənin gecikməsi səbəbindən aeroportda qalmalarını şərh edərkən bildiriblər.
Məlum olduğu kimi, zəvvarlar Səudiyyə Ərəbistanının Məkkə şəhərinə AZAL-ın təyyarələri ilə səfər ediblər. Lakin Səudiyyə Ərəbistanı tərəfindən irəli sürülən qəti şərtlərə görə, zəvvarların vətənə qayıdışını qarşı tərəf həyata keçirməli idi.
AZAL-dan bildiriblər ki, təəssüf ki, Səudiyyə tərəfi bu vəzifənin öhdəsindən gələ bilmədi. Bunun nəticəsində də azərbaycanlı zəvvarlar qayıdarkən ciddi problemlərlə üzləşdilər - uçuşlar təxirə salındı: "AZAL-ın simasında Azərbaycan tərəfi gələcəkdə Azərbaycan vətəndaşlarının həcc ziyarətinə aparılması və onların qayıdışı üzrə vəzifələri yerinə yetirməyə hazırdır".
Milli.Az