ABŞ Müdafiə Nazirliyi - Pentaqon Türkiyə hava məkanının Rusiya hərbi təyyarəsi tərəfindən pozulması faktından dərin narahatlıq duyduğunu açıqlayıb.

APA-nın xəbərinə görə, bu barədə "Reuters" məlumat yayıb. Pentaqonun yüksək vəzifəli rəsmi nümayəndəsi bildirib ki, Rusiya məsuliyyətli hərəkət etməlidir. O, hadisənin NATO-da müzakirə olunacağını deyib.

ABŞ müdafiə qurumunun digər təmsilçisi isə hadisənin təsadüf olmadığını söyləyib. O qeyd edib ki, baş vermiş olay NATO üzvü olan dövlətin suverenliyinin pozulmasıdır.

Milli.Az