Bakı, 6 oktyabr, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Hərbiləşdirilmiş Mühafizə İdarəsinin (HMİ) təşkilati-hüquqi forması dəyişdirilib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, HMİ Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) olub.
RYTN-in 1997-ci il 9 sentyabr tarixli 149 saylı əmri ilə yaradılmış Hərbiləşdirilmiş Mühafizə İdarəsi rabitə obyektlərinin mühafizəsini, yanğın təhlükəsizliyinə nəzarəti həyata keçirir.