Bakı, 7 oktyabr, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) məktəb-studiyasının violin ixtisası üzrə IV sinif şagirdi, respublika müsabiqəsi laureatı Xədicə Mehtiyeva ilk beynəlxalq uğura imza atıb. Belə ki, o, Bolqarıstanın Albena şəhərində keçirilən “Orfeyin varisləri” adlı beynəlxalq musiqi müsabiqəsində müvəffəqiyyətlə çıxış edərək üçüncü yerə layiq görülüb.
BMA-dan AZƏRTAC-a bildirilib ki, çıxışı münsiflər tərəfindən yüksək qiymətləndirilən X.Mehtiyeva İtaliyada keçiriləcək beynəlxalq müsabiqəyə və ABŞ-də təhsil almağa dəvət olunub.
Müsabiqədə Azərbaycanla yanaşı, Almaniya, Rusiya, Türkiyə, Avstriya, Koreya Respublikası, Çin, Rumıniya, Gürcüstan Bolqarıstan və digər ölkələrin nümayəndələri də iştirak ediblər.
Bakı Musiqi Akademiyası məktəb-studiyasının şagirdi ilk beynəlxalq uğura imza atıb
Bakı Musiqi Akademiyası məktəb-studiyasının şagirdi ilk beynəlxalq uğura imza atıb
Bakı Musiqi Akademiyası məktəb-studiyasının şagirdi ilk beynəlxalq uğura imza atıb