Bakı, 7 oktyabr, AZƏRTAC
Qvatemalada sel və torpaq sürüşmələrinin baş verdiyi ərazidə artıq 186 nəfərin cəsədi aşkarlanıb. Təxminən 300 nəfərin taleyindən isə hələ də xəbər yoxdur.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, hazırda faciə yerində xilasetmə işləri dayandırılıb. Yüzlərlə xilasedicinin və onlarla texnikanın iştirakı ilə dağıntıların aradan qaldırılması üzrə aparılan əməliyyatlar yerli vaxtla səhər saat 6-da davam ediləcək.
Yerli hökumət təbii fəlakət qurbanların hamısının cəsədlərinin tapılmasına çalışacağına söz versə də, bunun texniki baxımdan mümkünlüyü şübhə doğurur. Belə ki, sel axınının dağıtdığı qəsəbə minlərlə ton torpağın və daşın altında qalıb.