Bakı, 8 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Herostratı unudun” tamaşasının məşqləri yekunlaşmaq üzrədir.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Qriqori Qorinin eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadədir.
Səhnə əsərində Əməkdar artistlər Elşən Rüstəmov, Sabir Məmmədov, aktyorlar Hikmət Rəhimov, Rüstəm Rüstəmov, Vüsal Mustafayev və başqaları çıxış edirlər.
Tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Dilbər İsmayılovadır.
“Herostratı unudun” tamaşasının premyerası oktyabrın sonunda keçiriləcək.