Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ilə damğasını vuraraq rəqiblərini üstələyən 25 yaşlı Teylor karyerasına fasilə verməyi planlaşdırır. O, bu haqda fikirlərini belə ifadə edib:
"İstirahətə ehtiyacım var, insanlar da məndən dincəlməlidirlər. Dostlarımla gəzmək, yeni mahnılar hazırlamaq istəsəm də, bunları etməyəcəyəm. Çünki ailəmlə vaxt keçirməyi daha çox sevirəm. Bəzən anamla saatlarla telefonda danışırıq. O zaman hiss edirəm ki, insanın həyatında yeganə həqiqi varlıq ailəsidir".