İŞİD iranlı generalı vurdu (FOTO)

İŞİD iranlı generalı vurdu (FOTO)
19:36 28 Dekabr 2014
123 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terrorçu qruplaşması iranlı generalı öldürüb.

ANS PRESS-in məlumatına görə, bu barədə İran İnqilab Mühafizləri açıqlama verib.

Xəbərə görə, İraq ordusunda müşavir vəzifəsində çalışan general Həmid Takavi Bağdadın şimalında Samarra şəhərində İŞİD tərəfindən öldürülüb.

Bildirilir ki, general vəzifə başında olarəkən vurulub.

Sabah Tehranda öldürülən general Həmid Takavi üçün vida mərasimi həyata keçiriləcək. Daha sonra general doğulduğu Ahvaz şəhərində dəfn ediləcək.




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR