40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən namizədliyini irəli sürən Azad Kazımov, 121 saylı Laçın seçki dairəsindən namizədliyi irəli sürülən Müsavat Partiyasının üzvü Raqif Kərimli, 67 saylı Cəlilabad şəhər seçki dairəsindən namizədliyi irəli sürülən Müsavat Partiyasının üzvü Azər Əsgərov, 124 saylı Şuşa-Ağdan-Xocalı-Xocavənd seçki dairəsindən seçkilərə qatılan Müsavat Partiyasının üzvü Rövşən Atakişiyev DSK-nın qərarını mübahisələndiriblər. MSK onların şikayətlərini təmin etməyib.
61 saylı Neftçala seçki dairəsindən namizədliyini irəli sürən Müsavat Partiyasının üzvü Saday Fərəcov deputatlığa namizədliyinin qeydə alınmaması ilə bağlı MSK-ya etdiyi müraciətə də baxılıb və onun deputatlığa namizədliyi qeydə alınıb.