Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycan yığmasının üzvü qrossmeyster Arkadi Naydiç Men adasının paytaxtı Duqlasda başa çatan “PokerStars Isle of Man International 2015” beynəlxalq şahmat turnirində 7-ci yeri tutub.
AZƏRTAC xəbər verir ki, turnir üç qrupda keçirilib. Arkadi Naydiçin iştirak etdiyi ən güclü “Masters” turnirinin qalibi 9 mümkün xaldan 7-xal yığan Hindistan qrossmeyster Pentala Harikrişna olub. On bir şahmatçı, o cümlədən Azərbaycan təmsilçisi liderdən bir xal geri qaıb.
Beynəlxalq turnirdə 108 şahmatçı, o cümlədən 45 qrossmeyster iştirak edib.
Men adasında turnir İsveçrə sistemi ilə 9 turda keçirilib.