Bakı, 13 oktyabr, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Ağcabədi rayonunun Təzəkənd kəndində işgüzar forum keçirib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, sahibkarlardan ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması, cins heyvandarlıq, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması, meyvə-tərəvəz emalı, ketçup, mayonez və xardal sousu, pendir istehsalı, meyvəqurutma və üzlük daşların istehsalı müəssisələrinin yaradılması ilə bağlı investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Oktyabrın 13-dən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.