Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Premyer Liqasının VIII turunda keçiriləcək iki oyununun vaxtı dəyişdirilib.
Peşəkar Futbol Liqasından (PFL) AZƏRTAC-a bildiriblər ki, UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qəbələ” klubu PFL-ə müraciət edərək Premyer Liqanın VIII turunda oynanılacaq “Neftçi”–“Qəbələ” matçının bir gün tez keçirilməsini xahiş edib.
“Qəbələ”nin mötəbər turnirdəki çıxışını və canlı yayımı nəzərə alan PFL VIII turun oyun cədvəlində dəyişiklik edib. Belə ki, “Neftçi”–“Qəbələ” matçı oktyabrın 18-dən ayın 17-nə keçirilib.
Canlı yayımla əlaqədar olaraq “Sumqayıt”–“İnter” matçı isə oktyabrın 17-də deyil, 18-də oynanılacaq.