"Amrahbank"ın rəhbərliyində dəyişiklik baş verib.

APA-nın xəbərinə görə, Behnam Qurbanzadə bankın İdarə Heyətinin sədr müavini təyin olunub.

Qeyd edək ki, B. Qurbanzadə 2012-ci ilin avqust ayından 2015-ci ilin oktyabr ayınadək Azərbaycan Beynəlxalq Bankının İslam Bankçılığı departamentinin direktoru vəzifəsində çalışıb.

APA-nın ötən gün verdiyi məlumata görə, bankın adıçəkilən departamenti ləğv olunub, B. Qurbanzadə isə tutduğu vəzifədən uzaqlaşdırılıb.

Bankın yaydığı bəyanatda qeyd edilib ki, departamentin öhdəlikləri bankın üzərində qalır.

Milli.Az