Bakı, 14 oktyabr, AZƏRTAC
Oktyabrın 14-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Fizika fənni üzrə elmi-metodiki seminar keçirilib. Seminar “Dərslik portalı”nda canlı yayımlanıb.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə 2015-ci ildə ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqları elmi-metodiki baxımdan təhlil olunub.
Seminarda Bakı və Sumqayıt şəhərlərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.