Bakı, 15 oktyabr, AZƏRTAC
Münxenli futbol azarkeşləri Çempionlar Liqasının qrup mərhələsində “Arsenal” və “Bavariya” komandaları arasında baş tutacaq oyun zamanı etiraz aksiyasına hazırlaşırlar.
AZƏRTAC “Sky Sports” idman kanalına istinadla xəbər verir ki, matçın biletlərinin qiymətinin 70 funt sterlinq olması alman azarkeşləri hiddətləndirib. Onlar etiraz aksiyasını qeyri-adi üsulla həyata keçirməyi planlaşdırırlar. Belə ki, azarkeşlər qarşılaşmanın ilk beş dəqiqəsini tam sükutla izlədikdən sonra adəti üzrə komandalarını dəstəkləyəcəklər.
“Arsenal”-“Bavariya” qarşılaşması oktyabrın 20-də Londonda keçiriləcək.
