Bildiyiniz kimi, İngiltərə Futbol Assosasiyası "Çelsi"nin baş məşqçisi Joze Mourinyonu cərimələməklə yanaşı, 1 oyunluq diskvalifikasiya eləmişdi.

Metbuat.az "The Guardian"a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Assosasiyasının qərarına etiraz əlaməti olaraq apelyasiya verəcək. Mourinyo son açıqlamasında bunları deyib: "Bizə yazılı əsaslandırma gəldi və daha sonra apelyasiya vermək qərarına gəldik. İndi mənim fikirlərimi səsləndirməyə son qoymağın əsl vaxtıdır. Əlavə bir şey deməyəcəm".

Xatırladaq ki, İngiltərə Futbol Assosasiyası Mourinyonun "Çelsi" - "Sauthempton" (1:3) oyununu idarə edən hakimləri tənqid etməsi səbəbindən cəzalandırmışdı.