Bakı, 19 oktyabr, AZƏRTAC
“Expressbank” SmileCard-ın Facebook səhifəsində istifadəçilər arasında “SmileCard-la güldürək” adlı müsabiqəyə başlayıb.
Bankdan AZƏRTAC-a bildirilib ki, müsabiqənin şərtlərinə görə, oktyabrın 19-dan SmileCard-ın Facebook səhifəsində qeyd olunan müsabiqə fotosunun altında lətifə yarışı keçiriləcək.
Müsabiqənin qalibi son lətifəni qeyd edən istifadəçi olacaq və 50 AZN qazanacaq. Lakin son lətifədən minimum 10 saat əvvəl, digər istifadəçilər tərəfindən başqa lətifə qeyd olunmamalıdır.
Bundan başqa, müsabiqənin sonunda “Expressbank” tərəfindən ən gülməli hesab edilən lətifənin sahibi də 50 AZN qazanacaq. Lətifələr Azərbaycan dilində olmalı və yazılarkən etik normalara riayət edilməlidir.