Qazax, 19 oktyabr, AZƏRTAC
Qazax Mərkəzi Kitabxana Sistemində “Şəhidlik zirvəsi” adlı şeir müsabiqəsinin qalibləri mükafatlandırılıblar.
AZƏRTAC xəbər verir ki, şeir müsabiqəsi erməni qəsbkarlarına qarşı döyüşlərdə həlak olmuş qəhrəmanlarımıza həsr olunub.
Tədbirdə mədəniyyət işçiləri, məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan uşaqlar, orta məktəb şagirdləri, şeir, musiqi həvəskarları, müəllim və tərbiyəçilər, valideynlər iştirak ediblər.
Müsabiqədə qalib gələn məktəblilərə qiymətli hədiyyələr təqdim olunub.
Sonda tədbir iştirakçıları şəhidlərə həsr olunmuş sərgiyə tamaşa ediblər.