Bakı, 19 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Kosta-Rika Respublikasına investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.
Fondun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, fikir mübadiləsi ARDNF-in icraçı direktorunun müavini İsrafil Məmmədovun oktyabrın 19-da Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sanz ilə keçirdiyi görüşdə aparılıb.
İ.Məmmədov Dövlət Neft Fondunun fəaliyyəti, ARDNF-in vəsaitlərinin idarə edilməsi, investisiya fəaliyyəti, fond tərəfindən maliyyələşdirilən layihələr barədə ətraflı məlumat verib.
Görüşdə Azərbaycan və Kosta-Rika arasındakı iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, ARDNF-in bu ölkəyə investisiya imkanları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.