Bakı, 19 oktyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən yeni tədris ilindən başlayaraq paytaxtın rayonları üzrə müxtəlif məktəblərdə keçirilən səyyar qəbullar davam edir.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 23 –də 18 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula Yasamal, Səbail, Qaradağ rayonlarının təhsil müəssisələrinin və məktəbdənkənar tərbiyə işi mərkəzlərinin müəllimləri, həmçinin valideynlər müraciət edə bilərlər.
Səyyar qəbullar saat 10.00–da başlayacaq və müraciətlər bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsi BŞTİ-nin rəhbərliyi və struktur bölmələrinin nümayəndələrindən ibarətdir.