Bakı, 20 oktyabr, Xatirə Cəfərova, AZӘRTAC
Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsi hesabına irimiqyaslı layihələr həyata keçirilir. Bu layihələr sırasında Samux Aqro Enerji Yaşayış Kompleksi xüsusi yer tutur. Bu layihə özündə kənd təsərrüfatı, enerji və yaşayış sahələrini vahid bir kompleksdə birləşdirir. Kompleksin enerji təchizatında günəş enerjisi ilə yanaşı, kənd təsərrüfatı və məişət tullantıları hesabına yaranan bioenerji xüsusi çəkiyə malik olacaq.
AZӘRTAC xəbər verir ki, bu barədə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov "Alternativ enerji və enerji səmərəliliyi sahəsində investisiya imkanları və sahibkarlığın inkişafı" mövzusunda keçirilən konfransda məlumat verib.
Qeyd olunub ki, kompleksdə gücü 31 meqavat olan hibrid tipli elektrik və gücü 48 meqavat olan istilik stansiyalarının inşa edilməsi planlaşdırılır.
Alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsi hesabına irimiqyaslı layihələr həyata keçirilir