Vanuatu adasının Sakin okean sahillərində 7,3 bal gücündə zəlzələ olub
Paylaş
60 baxış·1 dəq oxu
Bakı. 21 oktyabr. REPORT.AZ/ Sakit Okeanda yerləşən ada-dövləti Vanuatuda 7,3 bal gücündə zəlzələ olub. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda ABŞ Geolohi Xidməti məlumat yayıb. Yeraltı təkanlar Port-Orli şəhərindən 46 km. şimal-şərqdə yerləşib. Yeraltı təkanlar 17 km dərinlikdə qeydə alınıb. Xəsarət alanlar və dağıntı barədə məlumat verilməyib. Sunami xəbərdarlığı elan edilməyib.