ANS PRESS-in məlumatına görə, bərpası mümkün olmayan ən qiymətli arxeoloji qazıntılardan biri zədələnib. Söhbət 1922-ci ildə Misir fironlarının məqbərələrinin qazıntısı zamanı ingilis misirşünası Hovard Karter tərəfindən tapılmış firon Tutanhamonun maskasından gedir. 10 kiloqram çəkisi olan maska bütün bəşəriyyət tarixinin ən əhəmiyyətli 10 simvolu sırasına daxildir.
Maska Qahirə muzeyində saxlanır. 2014-cü ildə muzeydə işıqlandırma işləri görən əməkdaşlar 3300 il tarixi olan maskanın saqqalını zədələyərək qoparıblar. Daha sonra muzey əməkdaşları qalmaqaldan qaçmaq üçün saqqalı epoksid yapışqanla yerinə yapışdırıblar.
Bu cür yapışqandan istifadənin yolverilməz olduğu azmış kimi o, həmçinin, maskaya dəhşətli zərər də vurur. Yapışdırılma səliqəsiz yerinə yetiridiyindən, nəticədə yapışqan maskanın bir tərəfindən aşağı axıb. Nəticədə saqqal başqa bucaq altında yapışıb, yapışqan isə adi gözlə görünür.

Tutanhamon
Hal-hazırda maskanın bərpa işlərini Almaniya və Misirdən olan mütəxəsislər öz üzərlərinə götürüblər. Mütəxəssislərin sözlərinə görə, onlar bacardıqları qədər bu tarixi əşyanı əvvəlki vəziyyətinə qaytarmağa çalışacaqlar.
Əfsanəyə görə, lənətlənmiş Tutanhamonun eramızdan əvvəl 1332-1323 illərdə Misirin fironu olub. Onun maskası 1922-ci ildə ingilis arxeoloq Hovard Karter tərəfindən aşkarlanıb. Maska qızıl və lazuritdən hazırlanıb.

Hovard Karter - ingilis arxeoloqu