Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) 2015-ci ilin 9 ayının yekunları ilə bağlı kollegiya iclası keçirilir.
Kollegiyada bildirilib ki, ötən 9 ayda informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun gəlirləri ötən ilin müvafiq dövrü illə müqayisədə 9,6 faiz artaraq 1280.9 milyon manat olub. Sektorun ÜDM-də payı 2,1 faiz, qeyri-neft sektorunda isə 3 faiz təşkil edib.
Qeyd olunub ki, sektorda əldə olunan gəlirlərin 81,1 faizi özəl sektorun payına düşüb.
Telekommunikasiya sektorunda isə əldə olunan gəlirlərin 60,1 faizi mobil operatorların payına düşüb.
Bu dövrdə İKT sektoruna 209.8 milyon manat, o cümlədən RYTN-in tabeli müəssisələri tərəfindən 61.2 milyon manat investisiya yatırılıb. Sahə üzrə ötən ilin 9 ayı ilə müqayisədə investisiyanın həcmi 2,2 dəfə çoxdur.