Hansı müəllimlər yoxlanacaqlar?

Hansı müəllimlər yoxlanacaqlar?
13:42 22 Oktyabr 2015
399 Digər
Ölkə mətbuatı
A- A+

Təhsil Nazirliyi Azərbaycanın 12 rayon və şəhərində keçiriləcək müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə hansı kateqoriyadan olan müəllimlərin cəlb olunacağını açıqlayıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya cavab olaraq bildiriblər ki, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri cəlb olunacaqlar.

Qeyd edək ki, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı birinci imtahan 28-30 noyabr tarixlərində Masallı Olimpiya İdman Kompleksində Masallı və Cəlilabad rayonundan olan müəllimlər üçün keçiriləcək.

4-7 dekabr tarixlərində Sabirabad Olimpiya İdman Kompleksində İmişli, Saatlı, Sabirabad, Şirvan, Hacıqabul, 11-12 dekabr tarixlərində Xaçmaz Olimpiya İdman Kompleksində Xaçmazdan olan müəllimlər üçün, 16-20 dekabr tarixlərində Sumqayıt Olimpiya İdman Kompleksində Sumqayıt, Abşeron və Qubadlıdan olan müəllimlər üçün, 24-25 dekabr tarixlərində Gəncə Olimpiya İdman Kompleksində Gəncədən olan müəllimlər üçün imtahanlar təşkil olunacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/377202.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR