"Report"un məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. O bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün bu məsələlər öz həllini tapıb: "Hazırda ölkədə dini tolerantlıq mövcuddur. Din-dövlət münasibətləri qaydasındadır. Din-dövlət münasibətləri Azərbaycanda olduğu qədər digər dünya ölkələrində yoxdur. Ölkəmizdə sünni-şiə birliyi var. Bu münasibətlərdə heç bir problem yoxdur".
Şeyx qeyd edib ki, Azərbaycan bu günləri qeyd etməklə yanaşı, Qarabağ uğrunda şəhid olanları da unutmur.