Bakı, 24 oktyabr, AZƏRTAC
İndoneziya Respublikasının İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolis oktyabrın 24-də Dənizkənarı Milli Parkda olub.
Qonağa məlumat verilib ki, Bakının ən maraqlı və spesifik təbii şəraitə malik guşələrindən biri olan Dənizkənarı Milli Park ərazisinin böyüklüyünə görə Parisin Sena çayı sahilindəki parkdan sonra Avropada ikincidir.
Bildirilib ki, paytaxt sakinlərinin və Bakıya gələn qonaqların ən çox üz tutduğu məkanlardan biri olan bulvar son bir neçə ildə görkəmini xeyli dəyişib. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq aparılan yenidənqurma işləri zamanı milli üslubla beynəlxalq təcrübə peşəkarlıqla uzlaşdırılıb. Hazırda öz gözəlliyi ilə diqqəti cəlb edən Bakı bulvarı Azərbaycan paytaxtına xüsusi yaraşıq verir və ən gözəl istirahət məkanlarından biridir.
