Rusiya XİN: “Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşü Rusiyanın Qarabağ nizamlanmasındakı missiyasının əsas mərhələsi olub”

12:12 29 Dekabr 2014
74 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 12:04 ]

Bakı. Anaxanım Hidayətova – APA. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın vasitəçilik missiyasının əsas mərhələsi prezident Vladimir Putin tərəfindən Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil edilməsi olub.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yer alan məlumatda bildirilir.

 

2014-cü ilin yekunlarına həsr olunmuş xülasədə qeyd olunur ki, Soçi görüşü Qarabağ münaqişəsi zonasında gərginliyi azaltmağa və tərəflərin mövqelərini dəqiqləşdirməyə imkan yaradıb.

 

Rusiya Xarici İşlər Nazirlyi həmçinin 2014-cü ildə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə fəaliyyəti önə çəkib. Qeyd olunub ki, vasitəçilər Azərbaycan və Ermənistan prezidentləri ilə 5 görüş keçiriblər, habelə bu ölkələrin XİN rəhbərləri ilə bir sıra məsləhətləşmələr baş tutub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR