"Arsenal"ın yarımmüdafiəçisi Aleksis Sançes klubla yeni danışıqlara başlamaq niyyətindədir.

Metbuat.az Goal.com-a istinadən xəbər verir ki, çilili futbolçu komandasının ən çox qazanan futbolçusu olmaq istəyir. Qeyd edək ki, hazırda "Arsenal"da Teo Uolkott və Məsut Özil (həftəlik 140 min funt) Sançesdən daha çox məvacib alırlar.

"Arsenal" da öz növbəsində yarımmüdafiəçiyə ən yüksək əmək haqqını təklif etməyə hazırdı. Sançesin "topçular"la yeni 5 illik saziş imzalayacağı gözlənilir.