Bakı, 28 oktyabr, AZƏRTAC
İnformatika fənni üzrə 2016/2017-ci tədris ili üçün magistratura səviyyəsinə qəbul imtahanı üçün proqramın layihəsi təqdim olunub. Proqram 13 bölmə və 25 altbölmədən ibarətdir.
Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) keçirilən informatika üzrə elmi-metodiki seminarda bildirilib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, proqramın layihəsi müzakirə nəticəsində redaktə xarakterli düzəlişlərlə qəbul edilib. Proqram “Magistr” jurnalında dərc olunacaq.
Növbəti seminarda 2015-ci ildə magistratura səviyyəsinə qəbul imtahanında informatika üzrə istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki təhlili aparılacaq.