Rusiyanın "Qazprom" şirkəti ilə SOCAR arasında qaz nəqlinə dair svop müqavilənin texniki detalları hazırlanır.

APA-nın məlumatına görə, bunu jurnalistlərə SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

R. Abdullayevin sözlərinə görə, hələlik müqavilənin nə vaxt imzalanacağı məlum deyil.

Qeyd edək ki, "Qazprom"un Azərbaycana gündə 10 mln. kubmetr, illik 2 mlrd. kubmetr qaz nəql edəcəyi nəzərdə tutulur. Həmin qaz SOCAR-ın anbarlarına vurularaq saxlanılacaq. 2016-cı ildən isə həmin qaz Dağıstana nəql olunaraq Muxtar Respublikanı qazla təmin edəcək.

Milli.Az