"Report" xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Rusiyanın Suriyadakı hərbi fəaliyyətini şərh edərkən deyib.
Səfir Türkiyənin Rusiyanı regionda əsas tərəfdaşlardan biri hesab etdiyini bildirib: "Amma bu o anlama gəlmir ki, biz Rusiyanın Suriyadakı hər bir addımını məqbul sayırıq. Bu ölkənin hərbi fəaliyyəti Suriyadakı problemin həllinə kömək etmir. Rusların hərbi əməliyyatlarına baxsaq, görərik ki, onlar İŞİD-lə mübarizə aparmaq əvəzinə müxalifət qüvvələrinin mövqelərinə zərbələr endirir. Bununla da Rusiya Bəşşar Əsədin rejimini möhkəmləndirir".
İ.A.Coşqun, həmçinin qeyd edib ki, Rusiyanın Suriyadakı hərbi fəaliyyəti Türkiyə üçün heç bir təhlükə daşımır.