Elektron Təhlükəsizlik Mərkəzinin laboratoriyası yaxın zamanda istifadəyə veriləcək
Paylaş
·42 baxış·1 dəq oxu
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi qeyri-dövlət qurumlarının informasiya təhlükəsizliyini təmin etmək məqsədi ilə yaratdığı laboratoriyanın testləşdirilməsi üzrə işlər aparır.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, laboratoriya “Cisco” şirkəti tərəfindən testləşdirilir və yaxın iki həftə ərzində test işlərinin başa çatdırılması nəzərdə tutulur.