Bakı, 29 oktyabr, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondu (DSMF) Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə vakant vəzifələrin siyahısını Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edib.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a verilən məlumata görə, Komissiya həmin yerlərin tutulması üçün oktyabrın 28-də yeni müsabiqə elan edib.
Ötən dövr ərzində vakant yerlər üzrə müsabiqənin test və müsahibə mərhələlərində uğur qazanan 81 nəfər DSMF-də aidiyyatı vəzifələrə təyin olunub.
Hazırda Fond üzrə 278 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunmuş növbəti müsabiqə çərçivəsində müraciətlərin qəbulu davam etdirilir.