Bakı, 30 oktyabr, AZƏRTAC
Bakı Fond Birjası (BFB) Listinq Komitəsinin qərarı ilə "Merkuri" BOKT MMC-nin faizli, təminatsız, sənədsiz, adlı istiqrazları BFB-də standard bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, ticarətə buraxılan qiymətli kağızların sayı 3 min ədəd, qiymətli kağızın ilkin ticarət qiyməti 500 AZN-dir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.