Bakı, 30 oktyabr, AZƏRTAC
Bülbül adına orta ixtisas musiqi məktəbinin xalq çalğı alətləri şöbəsinin X sinif şagirdi, qanun ifaçısı Qəmərtac Maqsudova Beynəlxalq festival-müsabiqədə Qran-pri mükafatına layiq görülüb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Q.Maqsudova Macarıstanın Vesprem şəhərində keçirilən “Gold Autumn” XV Beynəlxalq festival-müsabiqədə dünyanın 14 ölkəsindən gəlmiş 280 iştirakçı arasında fərqlənib. O, Avropa və Azərbaycan bəstəkarlarının əsərlərini məharətlə ifa edib.
Bülbül adına musiqi məktəbinin şagirdi Qran-pri mükafatına layiq görülüb
Bülbül adına musiqi məktəbinin şagirdi Qran-pri mükafatına layiq görülüb