Bakı, 31 oktyabr, Nihad Budaqov, AZƏRTAC
Misirin təhlükəsizlik orqanlarından verilən məlumata görə, Rusiyaya məxsus sərnişin təyyarəsi Sina yarımadasında qəzaya uğrayıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Misirdən Rusiya istiqamətində uçuş həyata keçirən təyyarə ilə Kipr hava məkanında radar əlaqəsi kəsilib. İlkin məlumatlara görə, təyyarədə 224 sərnişinin olduğu bildirilir.