Dəm qazı Azərbaycanda iki qızın canını aldı

Dəm qazı Azərbaycanda iki qızın canını aldı
13:38 29 Dekabr 2014
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda iki qız dəm qazından zəhərlənərək ölüblər.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, dekabrın 28-də Nizami rayonunda 18 yaşlı Minəxanım Musayeva Keşlə qəsəbəsində yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Salyanda isə Cəlilabad rayonu sakini 15 yaşlı Sevanə Nəbiyeva kirayədə yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR