Ukrayna prezidenti Pyotr Poroşenkonun qızı Yevgeniya Ukraynada nümayişi qadağan edilmiş Rusiya serialında çəkilib.

ANS PRESS-in məlumatına görə, bu barədə dövlət başçısının arvadı Marina Poroşenko "Kübar həyat" televiziya verilişinin müsahibəsində danışıb.

Yevgeniya Poroşenko "Vozvraşeniya Muxtara" serialının çəkilişlərinə kastinqdə iştirak edib və kiçik rolu oynayıb. Çəkilişlər 2012-ci ildə Jenyanın 12 yaşı olanda keçirilib. Qız 8 mövsüm 8 seriyada iştirak edib.

Prezdent qızı qadağan olunmuş filmə çəkilib (VİDEO,FOTO)
Marina Poroşenko

“Hər bir qız ulduz olmağı arzu edir, amma mənim bütün xəyallarım uşaqlarda həyata keçir. Yeri gəlmişkən, Jenya "Vozvraşeniya Muxtara" serialında rol almağa kastinq keçib və orada kiçik epizodda çəkilib. O, buna görə çox sevinir və çox xoşbəxt idi”,-deyə Marina Poroşenko bildirib.

Prezdent qızı qadağan olunmuş filmə çəkilib (VİDEO,FOTO)
Yevgeniya Poroşenko

Prezdent qızı qadağan olunmuş filmə çəkilib (VİDEO,FOTO)
Ali Radanın fevralın 5-də qəbul etdiyi qanuna görə Ukrayna ərazisində Rusiya əsgərləri və polislərindən bəhs edən, eləcə də 2014-cü il yanvarın 1-dən sonra istehsal olunan Rusiya filmlərinin nümayişi qadağan edilib. Bu barədə Ukraynanın kino məsələləri üzrə dövlət agentliyi açıqlama yayıb. Həmin qanuna görə, işğalçı ölkənin orqan əməkdaşlarının pozitiv qəhrəman kimi tətbiq olunan, eləcə də Ukraynanın ərazi bütövlüyünü şübhə altına alan filmlər ölkə ərazisində yayımlana bilməz. Qadağan olunmuş filmin nümayişinə görə minimum əmək haqqının 10 mislindən 50 mislinə qədər cərimə də nəzərdə tutulur. "Vozvraşeniya Muxtara" serialıda qadağan olunmuşlar sırasındadır.

Prezdent qızı qadağan olunmuş filmə çəkilib (VİDEO,FOTO)
Poroşenkolar ailəsi

Pyotr və Marina Poroşenko cütlüyünün dörd övladı var: Böyük oğlu Aleksey (1985-ci il), Yevqeniya və Aleksandra adlı əkiz qız uşaqları (2000-ci il) və kiçik övladı Mixail (2001-ci il).

Ukraynanın 5-ci prezidenti Pyotr Poroşenko böyük oğlu, 29 yaşlı Aleksey Poroşenko Ukraynanın Vinnitsk Vilayət Şurasının deputatıdır. O, 2013-ci il “McKinsey & Company” konsaltinq şirkətinin əməkdaşı 29 yaşlı Yuliya Əlixanovla ailə həyatı qurub.




Prezdent qızı qadağan olunmuş filmə çəkilib (VİDEO,FOTO)
Ukrayna xəritədə