Rubl yenə düşdü

Rubl yenə düşdü
14:46 29 Dekabr 2014
122 Dünya
Ölkə mətbuatı
A- A+

Moskvanın valyuta birjasında rus rublunun məzənnəsi düşüb, dollar və avro yenidən əhəmiyyətli dərəcədə artıb.

ANS PRESS-in "Exo Moskvı" radiostansiyasına istinadla verdiyi məlumata görə, ABŞ və Avropa valyutaları əvvəlki günlərlə müqayisədə 4 rubl bahalaşıb. Beləliklə, bir dollar 58 rubl, bir avro 70,5 rubl təşkil edir.

Rusiyanın iqtisadiyyat naziri Aleksey Ulyukaev "Biznes FM" radiosuna müsahibəsində deyib ki, ötən il əhali 30 milyard dollardan çox nəğd valyuta əldə edib.

Xatırladaq ki, Rusiya valyutası dekabrın 22-dən etibarən birjada güclənmişdi. Dolların məzənnəsi 1,8 rubl aşağı düşərək 53 rubl, avronun məzənnəsi isə 3 rubldan çox enərək 65 rubla çatmışdı.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR