Nəqliyyat Nazirliyinə Qax-Zaqatala avtomobil yolunun tikintisi üçün 3 milyon manat ayrılıb
33 baxış·1 dəq oxu
"Report"un məlumatına görə, Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin tikintisi məqsədilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Nəqliyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.