Bakı, 5 noyabr, AZƏRTAC
Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin tikintisinə 3 milyon manat ayrılıb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin noyabrın 5-də imzaladığı “Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən, Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan Nəqliyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.